22 rahib hava limanında SAXLANILDI: Baqajlarından NARKOTİK ÇIXDIbackend

22 rahib hava limanında SAXLANILDI: Baqajlarından NARKOTİK ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

110 kiloqram narkotik daşıyan 22 rahib saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Şri-Lanka mediası məlumat yayıb.

Şri-Lankada heyrətamiz narkotik alveri hadisəsi aşkar edilib. Tailandın paytaxtında dörd günlük məzuniyyəti başa vuran və Şri-Lankaya qayıdan 22 nəfərlik rahib qrupu Kolombo hava limanında saxlanılıb.

Təhlükəsizlik xidmətinin apardığı axtarış zamanı baqajların gizli bölmələrində ümumilikdə 110 kiloqrama yaxın marixuana aşkarlanıb.

İstintaqla müəyyən edilib ki, cinayət əməlini Camburaliya rayonundakı bir məbəddən olan üç rahib koordinasiya edib.

Digər 19 gənc rahib isə bu işə aldadılaraq cəlb olunublar. Belə ki, onlara çantalarında məktəblilər üçün “tədris materialları və şirniyyat” apardıqları deyilib.

Hava limanında cinayətin üstü açılandan dərhal sonra rahiblər qrupu polisə təhvil verilib.

Xuraman Etibarlı

İnterpress.az