Üç hamilə qadın evdən seyf OĞURLADI – VİDEObackend

Üç hamilə qadın evdən seyf OĞURLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Kartal qəsəbəsində 3 hamilə qadın evə girərək seyfi mələfəyə bükərək oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İstanbulun Kartal qəsəbəsində 3 hamilə qadın evə girərək seyfi mələfəyə bükərək oğurlayıb.

Kartal-Karlıktəpə ərazisindəki əraziyə gələn 21, 20 və 22 yaşlı qadınlar mənzilə daxil olub, qapının bağlı olmadığını görüblər.

Şübhəlilər evdə tapılan seyfi çarşaba bükərək oğurlayıblar. Hadisə yerindən çıxışı müşahidə kamerası tərəfindən qeydə alınan şübhəlilər yolda tutduqları taksi ilə hadisə yerindən qaçıblar.

Kartaledə girdikləri mənzildən seyf oğurlayan 3 şübhəli Tuzlada saxlanılıb.

Məlum olub ki, şübhəlilərin ümumilikdə 158 məhkumluğu var və hər üçü hamilədir.

Xuraman Etibarlı

İnterpress.az