İraqın baş naziri ABŞ-nin xüsusi nümayəndəsi ilə regional təhlükəsizliyi müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə İraq Baş Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İraqın baş naziri əl-Zeydi ABŞ prezidentinin İraq və Suriya üzrə xüsusi nümayəndəsi Barakla görüşüb.
Görüşdə Bağdad və Vaşinqton arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.
Tərəflər Yaxın Şərqdəki son hadisələrə, regional təhlükəsizliyin və sabitliyin qorunmasına yönəlmiş səylərə xüsusi diqqət yetiriblər.
Xuraman Etibarlı
İnterpress.az






