Qısqanclıq mübahisəsi cinayətlə NƏTİCƏLƏNDİ: Gənc qızı döyüb ÖLDÜRDÜLƏR – VİDEObackend

Qısqanclıq mübahisəsi cinayətlə NƏTİCƏLƏNDİ: Gənc qızı döyüb ÖLDÜRDÜLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qısqanclıq zəminində gənc qıza qarşı amansız zorakılıq törədilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” nəşri məlumat yayıb.

Rusiyanın Vladimir vilayətinin Sudoqda şəhərində 20 yaşlı qızın qısqanclıq zəminində 21 yaşlı rəfiqəsinə qarşı amansız zorakılıq törətdiyi bildirilir. Məlumata görə, tərəflər arasında ev sahibinin sevgilisi ilə bağlı əvvəllər də münaqişə olub.

İddialara əsasən, qız rəfiqəsini pivə içmək üçün evinə dəvət edib. Aralarında mübahisə yarandıqdan sonra ev sahibəsi, anası, 17 yaşlı bacısı və bacısının sevgilisi qonağa hücum ediblər.

Gənc qızın döyüldüyü, saçlarının qırxıldığı, ona əllə, ayaqla, taxta yeşik və stulla zərbələr endirildiyi bildirilir.

Məlumata görə, zərərçəkənin nəfəs almadığını gördükdən sonra şübhəlilər onun cəsədini dəsmala bükərək meşəyə aparıb yandırmağa çalışıblar.

Daha sonra mənzili təmizləyərək qızıl əşyaları və məişət texnikasını satdıqları, qaçmaq üçün müxtəlif bölgələrə üz tutduqları iddia edilir.

Cəsəd aşkar edildikdən sonra hadisədə şübhəli bilinən şəxslər saxlanılıb. Vladimir vilayəti üzrə İstintaq Komitəsi cinayət işi açıb.

İstintaq bütün şübhəlilərin həbs edilməsini tələb edir.

Xuraman Etibarlı

İnterpress.az