Cənubi Koreyada ticarət mərkəzində HÜCUM: 8 nəfər YARALANDI – VİDEObackend

Cənubi Koreyada ticarət mərkəzində HÜCUM: 8 nəfər YARALANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada ticarət mərkəzində bıçaqlı hücum hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Cənubi Koreyada bir kişi əllərinə bıçaqlar bağlayaraq ticarət mərkəzində insanlara hücum etməyə cəhd göstərib.

Hücum 13 oktyabrda baş verib. Hər iki əlinə bıçaq taxmış 60 yaşlarında bir kişi ticarət mərkəzində gəzərək insanlara hücum edib.

Yoldan keçənlər onu dayandırıb və polis gələnə qədər saxlayıblar.

Polis sözçüsü xəbər agentliyinə bildirib ki, “Şübhəli saxlanılıb və biz hücumun səbəbini və şərtlərini araşdırırıq”.

Namdonq Polis Bölməsinin məlumatına görə, altı qadın və iki kişi də daxil olmaqla səkkiz yaralının hamısı xəstəxanalara aparılıb.

Zərərçəkənlərdən birində ürək dayanması qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az