İranda oğurlanmış mühəndis AZAD EDİLDİ – Beş silahlı ÖLDÜRÜLDÜbackend

İranda oğurlanmış mühəndis AZAD EDİLDİ – Beş silahlı ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran SEPAH-ı oğurlanmış mühəndisin xaricə aparılması cəhdinin qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi SEPAH-ın məlumatına istinadən xəbər yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları ölkənin cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin Kurin bölgəsində terror təşkilatları ilə əlaqəli olduğu bildirilən adam oğurluğu qrupunu zərərsizləşdirib.

SEPAH-ın məlumatına görə, qrup Zahidan şəhərinin qərbində yerləşən infrastruktur obyektində çalışan mühəndisi oğurlayaraq ölkə xaricinə çıxarmağı planlaşdırıb.

Əməliyyat zamanı beş silahlı öldürülüb, girov azad edilib. Toqquşma zamanı bir iranlı hərbçinin də öldüyü bildirilib.

Xuraman Etibarlı

İnterpress.az