Xərçəng müalicəsi üçün yeni İMKAN: “Onkorna” 2027-ci ildən tətbiq OLUNA BİLƏRbackend

Xərçəng müalicəsi üçün yeni İMKAN: “Onkorna” 2027-ci ildən tətbiq OLUNA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onkorna” vaksini 2027-ci ildən kolorektal xərçəngin müalicəsində əlçatan olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın İcbari Tibbi Sığorta Federal Fondunun sədr müavini Olqa Tsaryova məlumat verib.

Onun sözlərinə görə, kolorektal xərçəngin müalicəsi üçün nəzərdə tutulan “Onkorna” vaksini 2027-ci ildən icbari tibbi sığorta proqramı çərçivəsində pasiyentlər üçün əlçatan ola bilər.

O, bütün bunların icbari tibbi sığorta vəsaitləri hesabına ödəniləcəyini və federal klinikalar tərəfindən həyata keçiriləcəyini aydınlaşdırıb.

Əvvəllər Rusiya Səhiyyə Nazirliyinin Elefusa dərmanını döş və yumurtalıq xərçənginin aqressiv formalarının müalicəsi üçün qeydiyyata aldığı bildirilirdi.

Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin alimləri həmçinin qaraciyər xərçənginin müalicəsi üçün bir dərman hazırlayıblar ki, bu da metastazların müalicəsində də istifadə edilə bilər.

Xuraman Etibarlı

İnterpress.az