Rusiyalı jurnalistə iki iş üzrə 14 il həbs cəzası VERİLDİbackend

Rusiyalı jurnalistə iki iş üzrə 14 il həbs cəzası VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı jurnalist Maykl Naki iki iş üzrə ümumilikdə 14 il həbs cəzasına məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Moskvanın Basmannı Rayon Məhkəməsi xarici agentlər reyestrinə daxil edilmiş jurnalist Maykl Nakini dövlət təhlükəsizliyinə qarşı fəaliyyətə çağırışlarda təqsirli bilib. O, bu ittiham üzrə qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə əvvəlki hökm üzrə çəkilməmiş cəzanın bir hissəsini yeni cəzaya əlavə edib. Nəticədə Naki iki iş üzrə ümumilikdə 14 il həbs cəzasına məhkum olunub.

Bundan əlavə, jurnalistə 5 il müddətinə saytların idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Xuraman Etibarlı

İnterpress.az