Permdə kuryer səki ilə hərəkətinə mane olan yaşlı kişini təpikləyib.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Rusiyanın Perm şəhərində mopedlə hərəkət edən kuryer səki ilə gedən yaşlı kişiyə qarşı aqressiv davranıb.
Məlumata görə, piyadanın yolunu açmasını gözləmək və ya istiqamətini dəyişmək əvəzinə, kuryer onu ayağı ilə vuraraq kənara itələyib.
Hadisə yaxınlıqda olan avtomobil sürücülərinin gözü qarşısında baş verib.
İnsident yerli sakinlər arasında müzakirələrə səbəb olub. Onlar kuryerin davranışını pisləyərək, piyadanın hərəkətə mane olduğu halda belə, fiziki zorakılığın münaqişəni həll etmək üsulu olmadığını vurğulayıblar.
Polis faktı araşdırmaya başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






