Rusiyada sərxoş kişi 9 yaşlı qıza HÜCUM ETDİ – VİDEObackend

Rusiyada sərxoş kişi 9 yaşlı qıza HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda bir kişi doqquz yaşlı qıza hücum edərək boğazını sıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Krasnoyarsk şəhərində sərxoş vəziyyətdə olan kişi heç bir səbəb olmadan 9 yaşlı qıza hücum edib. O, uşağı kapüşonundan tutaraq özünə tərəf çəkib və boynunu sıxıb.

Şübhəli şəxsi onun dostu saxlayaraq hadisəyə müdaxilə edib. Qızın sağlamlığı üçün təhlükənin olmadığı bildirilir.

Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az