Bali adasında benzin qıtlığı yaranıb, yanacaqdoldurma məntəqələrində növbələr uzanır.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İndoneziyanın məşhur turizm məkanı olan Bali adasında benzin çatışmazlığı yaşandığı bildirilir.
Yanacaqdoldurma məntəqələrində avtomobilləri və motosikletləri üçün yanacaq almaq istəyən yerli sakinlərin uzun növbələrə düzüldüyü qeyd olunur.
Məlumata görə, qıtlığa yanacaq tədarükündə yaranan gecikmələr səbəb olub.
Vəziyyətin xüsusilə turistlərin sıx üz tutduğu Uluvatu və Ubud bölgələrində daha gərgin olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






