“Xalq sahə müvəkkili” müsabiqəsinin qalibi rüşvət alarkən SAXLANILDIbackend

“Xalq sahə müvəkkili” müsabiqəsinin qalibi rüşvət alarkən SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalq sahə müvəkkili” müsabiqəsinin qalibi rüşvətə görə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Rusiyanın Tula vilayətindən olan 30 yaşlı Yekaterina Frolikova rüşvət almaqda şübhəli bilinərək saxlanılıb və istintaq təcridxanasına göndərilib.

Məlumata görə, o, saxta sürücülük vəsiqəsi ilə bağlı oğlu barəsində açılmış cinayət işinin bağlanmasına kömək edəcəyini vəd edərək kişidən 200 min rubl (təxminən 4 min manat) istəyib.

Kişi polis əməkdaşını hüquq-mühafizə orqanlarına şikayət edib. Frolikova pulun təhvil verilməsi zamanı saxlanılıb.

Ona qarşı irəli sürülən ittiham üzrə 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az