Bu sözləri AzNews.az-a açıqlamasında Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan qurumların gələcək fəaliyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, hər iki qurum gələcəkdə ölkəmizin təhlükəsizlik maraqlarına cavab verdiyinin şahidi olacağıq: “Prezidentin bu addımı siyasi və dövlətçilik baxımından əhəmiyyətli tədbirlərdir. Biz gələcək dönəmdə xidmətlərin yaradılmasının ölkəmizin təhlükəsizlik maraqlarına nə qədər uyğun olduğunu görəcəyik. İstənilən xasiyyət strukturu birinci ad uğrunda savaşır. Ölkə ona ictimai etibarın yaranması, hətta vətəndaşın özünün əlində olan informasiyanın ona etibar eləməsi, həmçinin xalqa söykənərək, müxtəlif daxili və xarici cəbhələrdə terrorçu və təxribatçı ekstremis kəşfiyyat ünsürlərinə qarşı vuruşmaların aparılması üçün həqiqətən mühüm bir simvol kimi cəmiyyətdə qəbul olunan təhlükəsizlik sisteminə malik olmalıdır. Təəssüflər olsun ki, 10 il ərzində Eldar Mahmudov və onun komandası bu simvolu vətəndaşın gözündə nifrət hədəfinə çevirdi. Bundan sonrakı dövrdə o sistemdə qalan peşəkarlar da, yeni ora cəlb olunan kadrlarında o adı millətin gözündə böyütməsi mümkün deyil. Əgər nüfuz qazanılmırsa, sadəcə keçmişdə mövcud olan xof və qorxuya görə quruma yanaşılacaqsa, bu heç vaxt cəmiyyətin dərinliyinə nüfuz edə bilməyəcək və insanlardan dəstək almayacaq. Həmçinin o zaman millətin mənafeələrinin qorunması da mümkün olmayacaq”.
Deputatın fikrincə, bu iki qurum bir-birindən ayrı olsa da, birlikdə çalışacaqlar: “Bu qurumda çox böyük dəyişikliklər baş verdi. Faktiki olaraq vətəndaşlar üzərində sümürgənlik və cinayətkar əməllər quran bir sistemdən azad olduq. Amma bununla bərabər həmin sistemdə yer almış şəxslərin üzərində də biz düşünməliyik. Həmin qurumun yerinə əslində, xarici kəşfiyyat fəaliyyətinin də aparıldığını nəzərə alaraq bu fəaliyyət sahələri tamamən bir-birindən ayrılır. Düzdür, onların arasında hər zaman koordinasiya olacaq. Çünki dünyanın istənilən ölkəsində bu strukturlar nə qədər fərqli məkanlarda çalışsalar da, onların arasında əlaqələr olub. Hesab edirəm ki, iki qurumun vəzifəsi hansısa bir narkotik daşıyıcısına qarşı mübarizə və s. kimi hüquq mühafizə orqanlarının fəaliyyətini təkrarından ibarət olmayacaq. Onların hədəfi gözə görünməz cəbhədə Azərbaycanın maraqlarını qorumaqdır”.
Zahid Oruc qeyd edib ki, hazırda əsas işlərdən biri köhnə MTN işçilərinin mətbuata məlumatlar ötürmələrinə imkan verilməməlidir: “İlk növbədə qarşıdakı vəzifə həmin sistemdən kənarlaşdırılan şəxslərin ölkə içərisində müxtəlif informasiya vasitələrinə, ayrı-ayrı media orqanlarına kimlərsə haqda yenidən növbəti dəfə şantaj savaşının qarşını almaqdır. Bununla bağlı yeni mühüm qərarlar da verildi. Bizim diplomatik korpuslarımız var. Həm bölgədə, həm də Ermənistandan gələn müxtəlif təxribatlar, o cümlədən dini ekstremizmin fəaliyyətindən tutmuş başqa xarakterli problemlərə qədər də bizim hədəf də olduğumuz məsələlər var. Yeni yaradılmış strukturlar da bu istiqamətdə addımlar atacaq. Biz həmin qüvvəni gözə gürünməz cəbhədə görəcəyik”.
Deputat onu da əlavə edib ki, hər iki quruma təyin olunan rəhbərlər düzgün seçimdir: “Mədət Quliyev təcrübəli şəxsdir. O, hüquq mühafizə orqanları sistemində və idarə etmə orqanlarında təcrübəli yol keçib. O da fərqindəki özündən əvvəlki sələflərindən qalan miras nə deməkdir. Yəni bu qurumu millətin gözündə ucaltmaq lazımdır. Biz təhlükəli bir dönəmdə yaşayırıq. Biz müxtəlif maraqların qovşağında, ayrı-ölkələrin savaş meydanına çevrilməmək üçün bu işi ən məxfi məlumatları bilməliyik. Daha sonra öncədən tədbirlər gömək sayəsində addımlar atılmalıdır. Düşünürəm ki, xarici kəşfiyyat sisteminə rəhbərliyə təyin olunmuş şəxsin həm gənc olması, həm də ciddi təcrübəsi buna imkan verəcək ki, Azərbaycanın qarşıya qoyduğu vəzifələri yerinə yetirə bilsin. Biz konseptual düşüncəyə malik olan analitik təfəkkürü güclü, istənilən informasiyalar axınlarından baş çıxaran, onun analizi sayəsində əsas mühüm məsələləri yardımcılardan ayırmağı bacaran, müxtəlif casus şəbəkələrini ifşa etməyə qadir olan insanlardan ibarət yeni bir sistem arzulayırıq. Amma etiraf eləmək lazımdır ki, bu o qədər də asan olmayacaq. Əminəm ki, xarici kəşfiyyatın ən mühüm vəzifələrindən biri Azərbaycanın maraqlarını istənilən məkanda qorumağı bacarmaqdır. Bu kifayət qədər mürəkkəb vəzifədir. Həmçinin son dərəcə çətin bir sahədir”.
İnterpress.az