Bu sözləri bir neçə ildir böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqubun ailəsindən bildiriblər. Deyiblər ki, şairin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazılanlar səhvdir.
“Şükür Allaha, əvvəl necə idisə, indi də elədir. Səhhətində ağırlaşma olmayıb. Dünən, sadəcə, bir saatlıq müayinəyə getmişdik. İndi evdə müalicələrini davam etdirir. Hər şey qaydasındadır”.
İnterpress.az