ABŞ donanmasında İNTİHAR CƏHDLƏRİ: “Hərbçilərimizin vəziyyəti pisləşir”backend

ABŞ donanmasında İNTİHAR CƏHDLƏRİ: “Hərbçilərimizin vəziyyəti pisləşir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunda səkkiz intihara cəhdi qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

ABŞ-ın Nyu-York ştatından olan demokrat senator Kirsten Gillibrand Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunda xidmət edən hərbçilər arasında səkkiz intihara cəhd halının qeydə alındığını təsdiqləyib.

Senator bildirilir ki, ABŞ-ın İrana qarşı missiyası çərçivəsində başlayan uzunmüddətli xidmət dövründə gəmidə ölümlə nəticələnən intihar baş verməsə də, ümumilikdə zərbə qrupunun heyəti arasında səkkiz intihara cəhd faktı olub.

Senator açıqlamasında hərbçilər üçün şəraitin pisləşdiyini vurğulayaraq mövcud administrasiyanı sərt tənqid edib.

Kirsten Gillibrand vergi ödəyicilərinin vəsaitlərinin hərbi qulluqçuların ehtiyaclarına deyil, bombalara və milyarderlərə xərclənməsini tamamilə qəbuledilməz adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az