YAP-dan Eldar Sabiroğlunun oğlu ilə bağlı AÇIQLAMA: “İnana bilmirik..”backend

YAP-dan Eldar Sabiroğlunun oğlu ilə bağlı AÇIQLAMA: “İnana bilmirik..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”\”Azadlıq\” qəzeti vasitəsi ilə xalqıma müraciət edirəm. Əvvəlcə xalqımdan dönə-dönə üzr istəyirəm ki, bu qərarı verməkdə bir qədər gecikmişəm. Bəlkə də bu addımı 2-3 il əvvəl atmalı idim. Xüsusi vurğulamaq istəyirəm ki, şəxsi müstəvidə heç kimlə heç bir problemim olmayıb. Aylıq maaşım, dolanışığım, evim, şəxsi avtomobilim var. Şəxsi planda heç kimdən şikayətim və ya narazılığım yoxdur. Lakin ictimai müstəvidə vəziyyət çox acınacaqlıdır. Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir».

R.Səfərov bu açıqlamalarından sonra atasının ondan üz döndərəcəyini, hətta rəsmi səviyyədə imtina edəcəyini də istisna etmir: «Atam Eldar Sabiroğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Bu gün də həmin partiyanın sıralarındadır. Atam zəng edib məni tənbeh etdi. Bəlkə də məhkəmə qaydası ilə məndən imtina da edəcək.
İstefa ərizəsini rəsmən bazar ertəsi təqdim edəcəyini deyən R.Səfərov Baş prokuror Zakir Qaralova da müraciət edib: «İstefa ərizəmi faks yolu ilə Baş prokurora ünvanlayacam. Fürsətdən istifadə edib Zakir Qaralova təşəkkür etmək istəyirəm ki, nisbi də olsa şərait yaradılıb və insanlar imtahanlarda iştirak edib prokurorluq orqanlarında işə düzəlirlər. Lakin o da reallıqdır ki, heç bir savadı olmayanlar imkanları, pulları olduğuna görə şəhərin mərkəzində əyləşib istintaq aparır və inqsanların tayleyi ilə oynayırlar. Elə düşünməyin ki, Rüfət Səfərov bu gün Zərdabda əyləşib və nədənsə şikayətçidir. Namusuma and içirəm ki, Zərdabdan şikayətçi deyiləm. Həsən bəy Zərdabinin ruhu prokurorluq sisteminə nifrət edib ayrıldığımı bəyan emək cəsarəti verib. Mən bu fikrimi xüsusi qabartmaq istəyirəm ki, kimsə şəxsi problemimin olduğunu düşünməsin. Rüfət Səfərovun problemi şəxsi yox, ictimai müstəvidədir. Azərbaycanda insanlar itdən betər gündə yaşaırlar\” .

Rüfət Səfərov sonda onu da bildirib ki, Azərbaycan hüquq sisteminin nə qədər rəzil vəziyyətdə olduğunu yaxın günlərdə faktlarla ortaya qoyacaq: «Azərbaycanda hüququn deyil, hüquqsuzluğun üstünlüyü var. Ölkədə azadlıq adına heç nə qalmayıb. Yalnız «ölmək azadlığı» var. Xüsusi mülkiyyət qeyd-şərtsiz rəsmi və qeyri rəsmi harınlar tərəfindən qəsb edilir».

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə saytına açıqlamasında prokurorluq orqanlarında çalışan şəxsin bu cür çıxış etməsinə təəssüfləndiyini bildirib.

“Təəssüf edirəm ki, vaxtilə Yeni Azərbaycan Partiyasında mühüm vəzifə tutmuş şəxsin övladı belə fikirlər söyləyir. Hansısa işdən uzaqlaşmağı siyasiləşdirmək düzgün deyil. Bu gün hüquq-mühafizə orqanlarımızda şəffaflıq var, qanuna hörmət mühiti var. Bu baxımdan kimlərinsə işdən getməsini mütləq siyasətə bağlamağın və yaxud da nə iləsə ittiham etməyin özü də düzgün deyil. Hüquqşünas yaxşı bilməlidir ki, dediyi hər bir sözü təsdiqedici faktlarla ortaya qoymalıdır.

Ümumi şəkildə ittiham etməyin özü həmin ittihamın düzgün olmadığını göstərir. Çox istərdim ki, gənclərimiz hər bir məsələyə hüquqi, dövlətçilik baxımdan, özlərinin dövlətçiliyə verdiyi töhfə konteksindən baxaydılar”.

Aydın Mirzəzadə keçmiş YAP-çı deputatın oğlunun müxalifətə keçməsi məsələsinə təəccüb etdiyi deyib.

“Onun müxalifətə keçməsi həqiqətdirmi?! İnana bilmirəm ki, Eldar Sabiroğlunun oğlu müxalifətə keçib. Çünki YAP-ın fəaliyyətində fəal iştirak etmiş bir şəxsin övladının müxalifətə keçməsi halları Azərbaycanda indiyə kimi olmayıb. Buna inana bilmirəm. Hər halda, sonrakı addımlarına görə fikir bildirmək olar”. (modern)

Interpress.az