Bunu müdafiə sənayesi naziri Yavər Camalov ANS-ə müsahibəsində deyib.
“2016-cı ildən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalına başlayacağıq. Həmin o uçuş aparatlarının vasitəsi ilə kəşfiyyat aparmaqla yanaşı, eyni zamanda düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edə biləcəyik. Onun üçün də ermənilər bunu eşitməlidir və tezliklə o torpaqlarımızı azad etməlidir. Yoxsa bizim o silahlar, günü-gündən o silahların sayı artacaq və onları biz məhv edəcəyik”.
Yavər Camalovla tam müsahibəyə bu gün saat 21:00-da efirə gedəcək Mir Şahinin “Hesabat”ında baxa bilərsiniz.
İnterpress.az