28 yaşlı gəncin güllələnməsi ilə bağlı cinayət işi başlandı: Saxlanılan var – YENİLƏNİBbackend

28 yaşlı gəncin güllələnməsi ilə bağlı cinayət işi başlandı: Saxlanılan var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə 28 yaşlı gəncin güllələnməsi ilə bağlı cinayət işi başlanıb.

Bununla bağlı İmişli rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 25 may 2021-ci il tarixdə saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq aparılır.

İnterpress.az