Sərxoş sürücü rüşvət əvəzinə polisə iki qoyun TƏKLİF ETDİbackend

Sərxoş sürücü rüşvət əvəzinə polisə iki qoyun TƏKLİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada sərxoş sürücü yol polisi əməkdaşlarına rüşvət kimi iki qoyun təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hadisə Stavropol diyarında baş verib.

Məlumata görə, yol polisi əməkdaşları sənədləri yoxlamaq üçün sürücünü saxlayıblar. Yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.

Sürücü protokol tərtib edilməməsi müqabilində polis əməkdaşlarına iki qoyun təklif edib. Lakin polis əməkdaşları təklifi qəbul etməyib.

Hazırda sürücünü rüşvət verməyə cəhdə görə cinayət işi gözləyir.

Xuraman Etibarlı

İnterpress.az