Rusiyada qəzaya düşən macarıstanlı diplomat xəstəxanada ölübbackend

Rusiyada qəzaya düşən macarıstanlı diplomat xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov deyib.

Onun sözlərinə görə, həkimlərin səylərinə baxmayaraq, komada olan diplomatı xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, macarıstanlı diplomatın idarə etdiyi “Volvo” markalı minik avtomobili “QAZ-53” markalı yük avtomobili ilə toqquşub. Diplomat ağır kəllə-beyin travması, döş qəfəsinin zədələnməsi və sümüklərinin qırılması diaqnozu ilə Ufa şəhər xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

İnterpress.az