“Əhali 10 min dollaradək olan kreditlərini köhnə məzənnə ilə ödəsin” – Deputatdan TƏKLİFbackend

“Əhali 10 min dollaradək olan kreditlərini köhnə məzənnə ilə ödəsin” – Deputatdan TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin payız sessiyasının sonuncu iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

O qeyd edib ki, bununla bağlı Mərkəzi Bankla görüşlər keçirilib və bir neçə təkliflər irəli sürülüb: “Məsləhətləşmələr aparmışıq. Təklifimiz ondan ibarətdir ki, əhali 10 min dollara qədər olan kreditlərini köhnə məzənnə ilə ödəsin. İkinci təklif əmanətlərin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik moratorium qoyulsun. Korporativ idarəetmə olan bankalarda, ümumiyyətlə, limit qaldırılsın. Azərbaycanda 43 bankın olması çoxdur. Banklar öz aralarında danışıb birləşsinlər ki, faiz dərəcələri aşağı düşsün.

Azərbaycanın idxalına ciddi nəzarət aparılmalıdır. Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb və uğurla çıxıb. Əhalini təmkinli olmağa çağırıram”.

İnterpress.az