Deputat ABŞ-dakı vəziyyətə dair sənədlə bağlı Milli Məclisdə çıxış etdibackend

Deputat ABŞ-dakı vəziyyətə dair sənədlə bağlı Milli Məclisdə çıxış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rövşən Rzayevin Milli Məclisin bugünkü iclasındakı çıxışını təqdim ediur.

\”Hörmətli sədr!

Hörmətli millət vəkilləri!

Mən Milli Məclisin deputatı kimi öz konstitusion hüququmdan istifadə edərək qərar layihəsi hazırlamışam və bu gün onu Milli Məclisə təqdim etmək istəyirəm.

Əslində mən bu qərar layihəsini Azərbaycan Respublikası \”Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması\”nın nümayəndəsi kimi, bu yaxınlarda ABŞ Konqresinə təqdim olunmuş məlum qanun layihəsi ilə bağlı hazırlamışam. Hazırladığım layihə torpaqlarının 20 faizi işğal olunmuş, bir milyon qaçqını və məcburi köçkünü olan ölkəmə münasibətdə yol verilən ədalətsizliyə və ikili standartlara qarşı mənim etirazımdır.

Şübhəsiz ki, Konqresə təqdim olunmuş qanun layihəsinin arxasında erməni lobbisi və ermənipərəst qüvvələr dayanır və heç də söhbət insan hüquqlarına qayğıdan getmir. Bu insanların əslində hədəfləri tamam başqadır.

Fikrimcə, bu qərəzli addımın kökündə dayanan əsas ideya ondan ibarətdir ki, baxın, Azərbaycanda insanların hüquqları pozulur, buna görə də Dağlıq Qarabağ erməniləri heç bir halda Azərbaycanın tərkibində yaşaya bilməzlər; əslində bu ideya Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın irəli sürdüyü təklifi – Azərbaycan Respublikasının ərazisi daxilində ən yüksək muxtariyyət statusunu qəbul etməmələri üçün bir bəhanədir. Ermənilərin dünya ictimaiyyətinə təqdim etməyə çalışdığı bu ideyanı ABŞ Konqresində qanun vasitəsilə həyata keçirmək istəyirlər.

Sual oluna bilər: əgər doğrudan da, bu layihənin müəllifini Azərbaycanda insan hüquqlarının vəziyyəti narahat edirsə, nəyə görə bu günə qədər Xocalı soyqırımına, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər vəhşiliklərə və etnik təmizləmələrə bir dəfə də olsun münasibət bildirməyib?

Azərbaycan xalqı isə əslində özünü bütün dünyada sülhün qarantı kimi qələmə verən ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli və qərəzsiz mövqe tutmasını, işğalçı Ermənistan rejiminə qarşı sanksiyalar tətbiq etməsini gözləyir.

Qeyd edim ki, ABŞ-ın özündə insan hüquqları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Həmin problemlərdən bir çoxu mənim hazırladığım qərar layihəsində öz əksini tapmışdır.

Çıxışımın sonunda vurğulamaq istəyirəm ki, hər iki ölkənin parlamentariləri Azərbaycan və ABŞ hökumətləri arasında mövcud olan yaxşı münasibətlərin inkişaf etdirilməsi üçün öz töhfələrini verməlidirlər.

Hörmətli sədr!

Sizdən xahiş edirəm ki, qərar layihəsinin ekspertlərlə birgə təkmilləşdirilmiş yekun variantı Milli Məclisin Aparatında qeydiyyata alınsın və baxılması üçün Milli Məclisin müvafiq komitəsinə və ya komitələrinə göndərilsin\”.

Xatırladaq ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. Həmin sənəd “Azərbaycan Demokratiya aktı” adlanır.(modern)

İnterpress.az