Siyavuş Novruzovdan Mərkəzi Banka İTTİHAM: “2 milyard manat vətəndaşlara xərclənməliydi”backend

Siyavuş Novruzovdan Mərkəzi Banka İTTİHAM: “2 milyard manat vətəndaşlara xərclənməliydi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin bugünkü iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, parlamentin İctimai birliklər və dini məsələlər komitəsinin sədri Siyavuş Novruzov manatın devalvasiyası ilə bağlı çıxışında bildirib:

“Buna görə də heç bir israfçılığa yol verməmişik. Mərkəzi Bank hər dəfə manatın məzənnəsinin sabit saxlanılması üçün 2 milyard vəsait xərcləndiyini elan edib. Ancaq həmin vəsait vətəndaşların problemlərinin həllinə xərclənə bilərdi. Yəni bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki bank öz potensialından kifayət qədər istifadə edə bilər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”.

Deputat Əli Məsimli qeyd edib ki, zəif manata öyrəşməliyik: “Bayramda ajiotaj yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra “qara bazar”dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər. 50 faizlik devalvasiyanın bütün ağırlığını əhalinin üzərinə atılması düzgün deyil. Çətinliklər bölüşdürülməldir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya restruktizasiya olmalıdır, hər varianta uyğun variantlar seçilməlidir”.

O bildirib ki, monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır: “Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, qaldırılmalır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək. Neftin qiymətinin 25-30 dollara qədər düşməsinə hazır olmalıyıq. Hökumət Mərkəzi Bankla bunun üçün işlər görməlidir.”

Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, hökumət də, Mərkəzi Bank da bu istiqamətdə tədbirlər planı hazırlayır.(modern)

İnterpress.az