Milli Məclisdə manat müzakirələri: “Hökumət tapşırıq verib, təkliflər hazırlanır”backend

Milli Məclisdə manat müzakirələri: “Hökumət tapşırıq verib, təkliflər hazırlanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Modern.az\” istinadən xəbər verir ki, onun sözlərinə görə, birinci kursda oxuyanlardan illik təhsil haqqının birdəfəlik ödənilməsi istənilir: “Bu səbəbdən bu il ali məktəblərə qəbul olunan tələbələr arasında tələb edilən məbləği ödəyə bilməyib təhsillərini davam etdirə bilməyənlər olub. İndi isə imtahan sessiyası başlayıb və məcbur edirlər ki, bu vəsait ödənilsin. Amma valideynlər təhsil haqqını birdəfəlik ödəyə bilmir, dərs ili boyunca ödəmək istəyirlər. Rektorların bəziləri bununla razılaşmırlar. Cənab sədr, siz öz səlahiyyətlərinizdən istifadə edərək tapşırıq verin ki, təhsilhaqqı ilin axırına qədər yavaş-yavaş ödənilsin”.

Deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Mərkəzi Bank bankların borcunu ödəyə bilməyənlərlə bağlı yeni təkliflər hazırlamağı məsləhət görüb:

“Naxçıvan bankı gözəl qərar qəbul etdi. Orada əhali borcları köhnə məzənnə ilə ödəyir. Milli Məclis də bu istiqamətdə banklara təkliflər verməli idi. Banklar imkanları daxilində heç olmazsa Qarabağ əlillərinə, şəhid ailələrinə və bu kimi digər insanlara müxtəlif güzəştlər tətbiq etməli, onların borclarını köhnə məzənnə ilə qaytarmalarına yardımçı olmalıdır. Banklar indiyədək dünyanın heç harasında olmayan yüksək faizlərlə kredit veriblər, indi bunların bir qismini əhaliyə qaytarsınlar. Onların hərəsi Naxçıvandakı kimi 370 nəfərə kömək edərsə, görün nə qədər narazılıq aradan qalxar. Təbii ki, bunlar məcburiyyətlə olmur, banklar öz imkanları daxilində bu məsələlərə baxmalıdır. Bankların öz imkanları daxilində güzəştlər tətbiq etməsinin Elman Rüstəmovu niyə narahat etdiyini başa düşə bilmirəm”.

Spiker Oqtay Əsədov deputata cavabında deyib: “Xahiş edirəm ki, konkret şəxslər haqqında danışmayaq. Naxçıvanda əhalinin borcu az idi. Azərbaycanda bunu bir qrup insana bunu tətbiq etsək, digər qrup narazı qalacaq. Hökumət tapşırıq verib, konkret təkliflər hazırlanır”.

İnterpress.az