Milli Məclisin sədri deputat Aydın Mirzəzadəyə irad bildiribbackend

Milli Məclisin sədri deputat Aydın Mirzəzadəyə irad bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər iki qanuna dəyişikliyə əsasən, hər iki peşə sahiblərinin attestasiyası zamanı onlara peşədən kənar əlavə sualların verilməsi, siyasi baxışlarına görə qiymətləndirilməsi qadağan edilir.

Müzakirələr zamanı deputat Aydın Mirzəzadə qanun layihəsində dəyişiklikdə attestasiya zamanı “siyasi baxışlarına görə qiymətləndirilməsi” ifadəsinin doğru olmadığını deyib: “Bəlkə kimsə faşist dünyagörüşlüdür, bəlkə radikal millətçidir? Onda necə olacaq? Bəlkə Azərbaycanın ərazi bütövlüyünün əleyhinədir və ya Dağlıq Qarabağı bizim ərazimiz hesab etmir? Ona görə məncə, bu “Konstitusiya ilə müəyyən olunmuş siyasi baxışları qiymətləndirilməsin” kimi yazılmalıdır”.

Spiker Oqtay Əsədov isə deputata irad bildirərək deyib ki, məsələni qarışdırmasın: “Siyasi baxış deyərkən, şəxsin hansısa partiya məxsus olub-olmaması nəzərdə tutulur”.(apa)

İnterpress.az