İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edibbackend

İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İraq hökuməti yanında məlumat mərkəzinin rəhbəri Saad əl Hədisi bildirib.

“Əsgərlərimiz 2014-cü ilin yayından etibarən İŞİD-in nəzarəti altında olan ərazilərin 48 faizini azad ediblər. Ramadi şəhərinin azad edilməsi İraq ərazilərinin azad olunmasını sürətləndirəcək strateji qələbədir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, dünən İraqın baş naziri Heydər əl Abadi 2016-cı ilin İŞİD üzərində böyük qələbə ili olacağını bəyan edib.

İnterpress.az