Qubad İbadoğlu yenidən Nazirliyə müraciət edəcəkbackend

Qubad İbadoğlu yenidən Nazirliyə müraciət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a sözü gedən qurumun sədr müavini Vurğun Əyyub bildirib.

Onun sözlərinə görə, hərəkat qeydiyyatla bağlı olan lazımi sənədləri Ədliyyə Nazirliyinə sədr Qubad İbadoğlunun imzası ilə göndərəcək:
“Qubad bəy artıq Azərbaycandadır. Hazırda bayram tətilidir. Hərəkatın qeydiyyat məsələsi ilə bağlı sənədlər tam qaydasındadır”.

V.Əyyub onu da əlavə edib ki, yaxın günlərdə hərəkatın İdarə heyətinin iclası keçiriləcək.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Q.İbadoğlunun rəhbərlik etdiyi qurumun sənədlərini geri qaytarıb.

İnterpress.az