Türkiyədə qeyri-adi intiharbackend

Türkiyədə qeyri-adi intihar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaziantepin Nizip rayonunda yaşayan 40 yaşlı Fehmi Özcan, mübahisə etdiyi həyat yoldaşının uşaqlarını götürərək evi tərk etməsindən sonra bir avtomobillə Yunus Əmrə məhəlləsində boş bir əraziyə gedib. Yanına aldığı 2 ədəd qaz balonunu açan Özcan cibindən çıxardığı alışqanı yandırıb. Özcan partlayan avtomobildə faciəvi şəkildə can verib.

Böyük səs-küylə partlayan avtomobil ətrafdakı vətəndaşlara da qorxulu anlar yaşadıb. Maşının yandığını və içərisində bir nəfərin olduğunu görən vətəndaşlar, polisə və yanğınsöndürmə briqadalarına xəbər verib. Yanğınsöndürmə briqadaları yanğını söndürərkən, hadisə yerinə gələn tibb briqadaları, həmin şəxsin öldüyünü müəyyənləşdirib. ( modern.az )

İnterpress.az