Gürcüstan sərhədində yaranmış vəziyyətlə bağlı məlumatbackend

Gürcüstan sərhədində yaranmış vəziyyətlə bağlı məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayılmışdır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.

“Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranmışdır. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılmışdır.

Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.

İnterpress.az