Ötən il Azərbaycanda qaz hasilatı rekord həddə çatıbbackend

Ötən il Azərbaycanda qaz hasilatı rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress”in APA-ya istinadən verdiyi məlumatagörə, bunu SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

Azərbaycanın qaz sektorunu şərh edən R. Qurbanov bildirib ki, 2015-ci ildə ilk dəfə kommersiya qaz hasilatı 18,9 mlrd. kub metrə çatıb, bu isə 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur. “Qaz hasilatı Şahdəniz və Azəri-Çıraq-Günəşli yataqları hesabına artıb. Bu yataqların operatoru isə BP şirkətidir. 2015-ci ildə Azərbaycanda Şahdəniz mərhələ-1 işləmələri üzrə 9,9 mlrd. kub metr qaz hasil edilib”, – deyə R. Qurbanov qeyib.

SOCAR rəsmisinin sözlərinə görə, buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda ümumi qaz hasilatı (səmt və laylara vurulan qaz da daxil olmaqla) 29,4 mlrd. kub metrə çatıb ki, bu da 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur.

İnterpress.az