Meyiti tapılan neftçilərin adları bilindibackend

Meyiti tapılan neftçilərin adları bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda tapılan hər iki meyit dekabrın 4-də Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın zamanı itkin düşən neftçilərə məxsusdur.

\”Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsi ilə Türkmənistana yola düşən istintaq qrupu, SOCAR əməkdaşları hər iki şəxsin neftçi olduğunu təsdiq ediblər\”.

Bu barədə İnterpress-ə baş vermiş yanğınla əlaqədar yaradılmış qərargahdan məlumat verilib. Artıq onların şəxsiyyəti də müəyyən edilib. Bunlar Quliyev Əzizağa Nöhbala oğlu (16.09.1953) və Abdullayev Adil Ələkbər oğludur (19.02.1953).

Dünən axşam saatlarında aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib.

Meyitlər Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.

Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb. (anspress)

İnterpress.az