Azərbaycanda 23 dərəcə şaxta olacaqbackend

Azərbaycanda 23 dərəcə şaxta olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 5-də əsasən yağmursuz , gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir.

Gecə və səhər şəhər ətrafı yollar buz bağlayacaq.

İnterpress.az