Baləkəndə zavoddakı partlayışa görə cinayət işi açıldıbackend

Baləkəndə zavoddakı partlayışa görə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə zavodda baş verən partlayışla əlaqədar cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”QSC, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisə bu gün səhər saat 10 radələrində baş. verib. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət aldığı bildirilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

İnterpress.az