Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az