Türkiyənin məşhur erməniləri-VİDEObackend

Türkiyənin məşhur erməniləri-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

60-70-ci illərin uşaqlarının ən çox sevdiyi əyləncə filmə baxmaq idi. Türkiyənin bu illərdə kino sənəti özünəməxsus şəkildə inkişaf etmişdi. Amma azərbaycanlıların da sevə-sevə baxdığı bu filmlərdə baş rolları canlandıran bəzi məşhur aktyorlar var ki, onların milliyyətcə erməni olduğunu hələ də bilmirik. İnterpress.az bu mövzuda apardığı araşdırmanı oxuculara təqdim edir:

Türk filmlərinin sevimli əmisi Nubar Terziyan:

Türkiyənin məşhur erməniləri-VİDEO

Nubar Terzyan gah südçü, gah baqqal, gah da sərt ata obrazında tamaşaçıların qarşısına çıxdı. O, 400-ə yaxın filmdə yaratdığı obrazlarla Türkiyənin sənət tarixində qaldı.

Nağılçı xala, Hafizə ana- Adile Naşit:

Türkiyənin məşhur erməniləri-VİDEO

Daim filmlərdə ana obrazını yaradan bu qadın 1980-ci ildə TRT-də yayımlanan “Uykudan önce” adlı uşaq proqramıyla da sevildi. Azərbaycan tamaşaçıları, milliyyətcə erməni olan Adile Naşiti daha çox Kamal Sunalın (Şaban) filmlərindən tanıdı.

Sami Hazinses (Samuel Agop Aluçyan):

Türkiyənin məşhur erməniləri-VİDEO

Sami Hazinses kimi tanınan bu erməni sənətçinin əsl adı Samuel Agop Aluçyandır. Komediya filmlərindəki rolları ilə yadda qaldı. Aktyorluqdan öncə o, Diyarbakırda musiqi məktəbində Celal Güzelsesin rəhbəri olduğu Diyarbakır Musiqi Cemiyetiinin icra heyətində yer almış sənətçinin söz və musiqisini yazdığı onlarla mahnısı da qalmqadadır.
“Dərdimi kimlərə desəm” və “Bir dilbərə mübtəladır dəli könlüm” bəstələri daha çox məşhurdur.

Kenan Pars (Kirkor Cezveciyan):

Türkiyənin məşhur erməniləri-VİDEO

Yaşılcamın sərt və pis obrazı kimi yaddaşlarda qalan aktyor Kenan Parsın əsl adı Kirkor Cezveciyandır. O, aktyorluqla yanaşı, rejissor, ssenarist, prodüser kimi də fəaliyyət göstərib.

Vahi Oz (Vahi Ozinyan)

Türkiyənin məşhur erməniləri-VİDEO

Ağ-qara filmlərdəki “Horoz Nuri” tipi ilə tanıdığımız Vahi Oz təkcə aktyorluq deyil, eyni zamanda rejissorluq da edib. Əsl adı Vahi Ozinyan olan bu erməni millətçi fikirləri ilə ətrafını daim qıcıqlandırıb.

Ahmet Danyal (Danyel) Topatan:

Türkiyənin məşhur erməniləri-VİDEO

Yaşılçamın mənfi obrazlarını canlandırıb. 200-ə yaxın filmdə çəkilən erməni aktyor Azərbaycan tamaşaçılarına da tanışdır.

Selim Naşit:

Türkiyənin məşhur erməniləri-VİDEO

Bu aktyor türk filmlərində yaratdığ “Ata” obrazı ilə yadda qalıb. Adile Naşitin böyük qardaşı olan Selim Naşit 60-a yaxın filmdə rol alıb.
Cem Karaca:

Türkiyənin məşhur erməniləri-VİDEO

Əsl adı Toto Karaca olan bu sənətçinin anası, milliyyətcə erməni olan İrma Felegyan, atası aktyor Mehmet Karacadır.

Abuzər
İnterpress.az
https://youtube.com/watch?v=w7N5hCT29mAhttps://youtube.com/watch?v=kTyuJy-7H2U