Kamil insan kimdir?backend

Kamil insan kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamil insan hər cəhətdən ideal və nümunə insandır. Məlumatı, idrakı və ağlı son dərəcə inkişaf etmişdir. Bütün buxovlarından xilas olmuş, tabuları dağıtmışdır. Heç kəsi alçaltmır, insanlar arasında fərq qoymaz. Almadan verir, sevilmədən sevir. Boş danışmaz, sözü mahiyyət və həqiqətdir. Əlinə, belinə və dilinə hakimdir.

Sonsuz mərhəmət və təvazökarlıq sahibidir. İbadəti şəkil və zahirdə yox, şüurda və həyat tərzindədir. Zənginlikdən məğrur olmaz. Kasıblıqdan utanmaz. Təbiətlə bir ahəng və anda yaşayır.

Hər nəfəs alışından xoşbəxtdir.
Baş verən hər şeyin bütünün xeyrinə olduğunu bilir.
Kainatın ahəngini hər yerdə, hər şeydə və hər an görən və yaşayan insandır.
\”Mən\”dən və eqoizmdən uzaqdır. O nəfsinə deyil, nəfsi ona əsirdir.
Paxıllıq, qəzəb, həsəd, istehza, təkəbbür, yalan, riya, şəhvət, şöhrət, qəflət, qəzəb kimi çirkin obrazlardan özünü təmizlənmişdir.
İnsanlar arasında hörməti, dostluğa və həmrəyliyə nail olmağa çalışır.
Hər cür zorakılığa, zülmə və işgəncəyə qarşıdır.
Qul haqqının tapdanmasına, oğurluğa, istismara qarşı durur.
Sülh, ədalət, sevgi, xoşbəxtlik və əmin-amanlıq üçün çalışır.
Əhəmiyyət verdiklərinin ən başında yaşama haqqı gəlir.
Yaşayan hər bir varlığa sevgi duyar.
Ölüm qorxusunu məğlub edib, ölümə yeni bir həyata keçid gözü ilə baxar.