AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxslərdən 43-nün \” Ərəb Yarımadası Əl qaedası\” təşkilatının üzvü, digər 4 nəfərin isə Katif şəhəri və ətrafında məskunlaşan Səudiyyə Ərəbistanı əsilli şiə olduqları müəyyənləşib. Edam edilənlər arasında Misir və Çad vətəndaşı olan iki şəxs də \”Ərəb Yarımadası Əl qaedası\” təşkilatının üzvləri olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında terrorda ittiham olunan 47 nəfər edam edilib. Onların arasında məşhur şiə axundu Nimr ən-Nimr, həmçinin «Əl-Qaidə»nin krallıqdakı qoluna rəhbərlik edən Faris əz-Zahrani də var.
İnterpress.az