APA-nın məlumatına görə, dəymiş ziyanla bağlı tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, 45 su obyektində (6 çay, 10 sututar, 29 göl ) və 29 müşahidə məntəqəsində səth sularının çirklənməsinin monitorinqi həyata keçirilib. İl ərzində götürülmüş 149 su nümunəsi üzərində 1788 analiz aparılıb. Su obyektlərində yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb. 2015-ci ildə təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə 37 müəssisəyə və təşkilata 51 min 190 manat ekoloji ödəniş haqqı tətbiq edilib və icrası təmin olunub.
Interpress.az