“Sumqayıt kimya parkında dərman istehsal edilə bilər”backend

“Sumqayıt kimya parkında dərman istehsal edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərinə görə, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Əli Əhmədov qeyd edib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq.

Baş nazirin müavininin fikrincə, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.

Onu da qeyd edək ki, ümumiyyətlə, Azərbaycanın dərman istehsalı ilə bağlı təcrübəsi var. Vaxtilə “Azəkimya” Dövlət Şirkətinin (indi İstehsalat Birliyi adlanır) tərkibində əczaçılıq zavodu fəaliyyət göstərib.

Bəs, bu qurum yenidən dərman peraparatları istehsal gücünə malikdirmi?
Modern.az ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayevdən dərman istehsalının yenidən reallaşmasının mümkün olub-olmayacağını öyrənib.

O, qeyd edib ki, Sumqayıt kimya kompleksində əczaçılıq zavodu fəaliyyət göstərib. Lakin bu müəssisə 2001-ci ildə özəlləşdirilməyə açıq elan olunub və sonradan özəlləşdirilib. Deputat bildirib ki, ARDNŞ-in təsdiqlədiyi “Azərkimya”nın perspektiv planında dərman istehsalı sahəsinin yaradılması nəzərdə tutulmayıb:

“Hesab edirik ki, Sumqayıtda yaradılan kimya sənaye parkında bu tipli istehsalatların yaradılması maraqlı olar, bu parkda yeni yaradılan müəssisələr üçün lazımi şərait və üstünlüklər təklif oluna bilər. Bildiyimə görə, farmasevtika preparatları istehsalatların yaradılması ilə bağlı kimya parkının müdiriyyətinin müxtəlif təklifləri də müzakirə olunurb”.

Qurumun rəhbəri vurğulayıb ki, bu tipli müəssisələrin təsis olunmasında özəl biznesin iştirak etməsi nəzərdə tutulmalıdır:
“Sözsüz ki, bazarın öyrənilməsi, texniki-iqtisadi əsaslandırma, biznes-plan və digər araşdırmalar aparılandan sonra hansısa istehsal sahəsinin yaradılması ilə bağlı konkret təkliflər verilə bilər”.

İnterpress.az