İcraçı direktor “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı Rusiyada hazırlanan qanun layihəsinin lehinə olmasına dair səsləndirilən ittihamlar əsassızdır və bu, ona qarşı haqsızlıqdır.
Haqqında yayılan xəbərdən təəccübləndiyini deyən İ.Hacıyevin sözlərinə görə, VAK-ın özünün formatı var və təşkilat özünün etirazını hazırlayaraq lazımi qurumlara onu sənəd şəklində təqdim edəcək:
“Bizim daha əvvəl edilən müraciətdən xəbərimiz olmayıb. Ötən ilin sonu ənənəvi olaraq region rəhbərlərimiz ilə toplanıb bunu müzakirə edəcəkdik. Təəssüf ki, yığıncaq baş tutmadı və bu aya keçirildi. Mən özüm vəkiləm və region liderlərimizlə birgə düzgün etiraz müraciətini hazırlayıb Duma rəhbərliyinə təqdim etməyi planlaşdırırıq. VAK heç bir zaman azərbaycanlıların hüquqlarının pozulmasına imkan verməyib.
Belə bir məlumatın yayılmasında kimin hansı maraqları olduğunu isə bilmirəm”.
İnterpress.az