Sumqayıt sakinlərinin işığına, istisinə “qənim kəsilən” səki üstündə tikilən obyekt – FOTOLARbackend

Sumqayıt sakinlərinin işığına, istisinə “qənim kəsilən” səki üstündə tikilən obyekt – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazıda Sumqayıtda bu \”göstərici\”lərə uyğun gələn bir çox obyektlərin adları və fotoları göstərilmiş, şəhər ictimaiyyətinin müvafiq reaksiyası verilmişdi. Bundan az sonra Sumqayıt şəhər Mərkəzi Kitabxanasının yanında fəaliyyət göstərən və idarənin işinə, orada mütaliə edən oxucuların sakitliyinə mane olan \”avtoyuma\” obyektləri söküldü. Çoxları öncə şəhərin əsas kitabxanasının qarşısını kəsən, az qala səkinin üzərində tikilən hündür obyektin sökülməsini gözləsə də, bu məsələ təxirə salınıb. Ümidvarıq ki, şəhəhər rəhbərliyi tezliklə bu tikili ilə bağlı tədbir görəcək və mərkəzi kitabxananın qarşısı açılacaq.
Sumqayıtda memarlıq və şəhərsalma qaydalarını kobud surətdə pozan daha bir obyekt isə 9-cu mikrorayonda – Şəmsi Bədəlbəyli küçəsində Sumqayıt Dövlət Universitetinin yaxınlığında yerləşir. Bu nəhəng tikili 11/17-ci binanın küçəyə baxan bir hissəsinin qabağını kəsib. Obyekt avtomobil yolunun düz yaxınlığında, demək olar ki, səkinin üzərində tikilib. Tikinti qaydalarına görə, obyektlər əsas yolla minimum 6 metr məsafədə tikilməlidir. Bu tikintidə isə həmin məsafənin heç yarısı da gözlənilməyib. Obyektin özülü qazılanda sakinlər dəfələrlə aidiyyəti qurumlara, mediaya şikayət etsələr də, yenə də kimlərinsə biznes və maddi maraqlarının qurbanı oldular. İndi binanın bir çox sakini əsas küçə tərəfdən işıq üzünə həsrətdir. Buraya günəş şüası düşmür. Həmçinin bu binada yaşayan sakinlərin sözügedən qismi eyvanlarına çıxıb istirahət etmək istədikdə, hava almaq arzusunda olanda qarşılarında küçəni, yolu deyil, yalnız obyektin arxa divarını görürlər… Maraqlıdır ki, bir müddət öncə tikilən obyekt hələ də istifadəyə verilməyib.
Ümidvarıq ki, icra başçısı Zakir Fərəcov bu obyektlə bağlı tədbir görəcək! Belə ki, Sumqayıt ziyalılarının əksəriyyəti sözügedən tikilinin sökülməsinin tərəfdarı olduğunu bildirmişdi.

P.S. Amma obyekti tikən və buna rəvac verən şəxslər bir tərəfdən də sakinləri düşünərək onların qeydinə qalıblar. Həddən artıq isti aylarda bura kölgə axtaranlar üçün ideal məkandır. Təklif edirik ki, bütün yaşayış binalarının qarşısında belə nəhəng obyektlər tikilsin, binaları Günəşin yandırıcı şualarından qorusun.(xeberle.com)

Sumqayıt sakinlərinin işığına, istisinə "qənim kəsilən" səki üstündə tikilən obyekt - FOTOLAR

Sumqayıt sakinlərinin işığına, istisinə "qənim kəsilən" səki üstündə tikilən obyekt - FOTOLAR

Sumqayıt sakinlərinin işığına, istisinə "qənim kəsilən" səki üstündə tikilən obyekt - FOTOLAR

İnterpress.az