İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb. M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlanmasını bildirib.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
İnterpress.az