Məlumata əsasən 2015-ci ilin sentyabrında K.Əliyev ona məxsus yük avtomobilinin kuzovunda gizlədərək 424 min ABŞ dollarını və 4.5 milyon rublu sərhəddən Rusiya ərazisinə keçirib. Lakin həmin şəxs Dağıstanla Azərbaycan sərhədindəki “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsində saxlanılıb və barəsində cinayət işi qaldırılıb. Yeni il ərəfəsində prokurorluq ona qarşı yekun ittihamı təsdiq edərək işi məhkəməyə göndərib. Cinayət işinə Məhərrəmkənd rayon məhkəməsi baxacaq. Həmin şəxs Dağıstan sakinidir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı milyardlarla dolların ölkədən çıxarılması nəticəsində yaranan ajiotaja görə ötən ilin dekabrında manatın ikinci kəskin devalvasiyasını elan edib. (Virtualaz.org)
İnterpress.az