Bunu Azərbaycan Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində yazıb.
O bildirib ki, 3 dekabr 2015-ci il tarixində ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib:
“Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”.
PA rəsmisinin sözlərinə görə, Barak Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini bildirib.(modern)
İnterpress.az