İngiltərənin “Daily Mirror” qəzetinin verdiyi xəbərdə deyilir ki, İŞİD Deir əz-Zur şəhərində gənc bir oğlanı həmcinsbazlıqda ittiham edərək barəsində edam hökmü çıxarıb. Amma təkfirçilər bu dəfə boyun vurmaq və ya güllələməklə deyil, ittiham etdikləri şəxsi əli-qolu bağlı şəkildə bir tikilinin damından yerə atılıblar. Uşaqların və qadınların gözü önündə baş verən bu vəhşilikdən sonra yerə çırpılan gənc həlak olub.
Dəhşətlisi isə bundadır ki, bu oğlan uşağı Əbu Zeyd Cəzravi adlı Səudiyyəli İŞİD komandiri tərəfindən zorlanıbmış. Təkfirçilər bu oğlanı öldürsə də öz komandirini İraqda gedən döyüşlərin ön cəbhəsinə yollamaqla kifayətlənib.
Cəzravinin uşaqlara məhbusları edam etməyi öyrətdiyi zaman çəkilən fotoları çox məşhurdur. Fotoları təqdim edirik. (sizinyol)
İnterpress.az