Öldürülən “qızıl Məryəm”in avtoritetlərlə əlaqələri var imişbackend

Öldürülən “qızıl Məryəm”in avtoritetlərlə əlaqələri var imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öldürülən “Jewellery” zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadə “Atbaş” ləqəbi ilə tanınan avtoritet İlqar Cəbrayılovun yaxın adamı olub.

2012-ci ilə qədər İ.Cəbrayılov M.Namədzadənin himayəçisi kimi tanınıb. Məşhur avtoritet “Ded Xasan” klanının tanınmış azərbaycanlı üzvü olub.

O, Aslan Usoyanın mühafizəsinə cavabdeh imiş. Həmçinin, klanda azərbaycanlılardan ibarət qruplaşmaya məsul şəxs təyin olunubmuş.

2012-ci ildə “Ded Xasan”ın qətlindən bir neçə ay sonra “Atbaş” da öldürülüb. 52 yaşlı İ.Cəbrayılov Moskvanın “Presnenskiy val” adlanan ərazisində qətlə yetirilib.

Moskva İstintaq Komitəsinin məlumatında ölən şəxsin adı İlqar Əliyev kimi göstərilib. Ehtimal olunur ki, hadisə baş verən yerdə axtarış apararkən Cəbrayılovun istifadə etdiyi bu soyadla yazılan sənəd tapılıb. O, Bakıdakı Yasamal qəbiristanlığında dəfn olunub.

Mərhum iş adamı şou-biznes nümayəndələrinə yaxınlığı ilə də tanınıb.

Qeyd edək ki, M.Namədzadə paytaxtın Nəsimi rayonu ərazisində, Feyzulla Qasımzadə küçəsində yaşadığı evdə qətlə yetirilib. Evə soxulan şəxslər ona 43 bıçaq zərbəsi vurublar.

Faktla bağlı cinayət işi başlanılıb. Hələlik saxlanılan yoxdur.

İnterpress.az