“Mən zavod sahibiyəm, təsisçiyəm. Deputat olandan sonra o zavodu ata, yaxud kiməsə hədiyyə edə bilməzdim” deyən deputat eyni zamanda Milli Məclisdəki fəaliyyətsizliyini çox qəribə şəkildə izah edib:
“Bəs, parlamentə niyə aktiv deyilsiniz, təkliflər vermirsiniz?
– Nə məsələ qaldırım? Siz deyirsiniz gömrükdən keçən zaman problem yaradılır, mənsə deyirəm heç bir problemlə üzləşmirəm, nə deyim axı?”
Musavat.coma-a müsahibə verən imişlili deputat unun qiymətinin qaldırılmasını, daha baha satılmasını arzulayır. O, deyib ki, unun bir kisəsi hazırda 27 manata satılır, amma daha baha satılmalıdır.
Qeyd edək ki, unun bir kisəsinin qiyməti manatın ucuzlaşmasından öncə 17 manat idi:
“Əvvəla, bütün zavodlar 25.50-26 manata satır. Bu, İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb, əhalinin vəziyyəti, devalvasiyanın həcmi nəzərə alınıb. Əslində baha satılmalıdır, ancaq satılmır”.
İnterpress.az