Oktyabrda bu şəhərin çölündə hiss edilən qazın içərillərə doğru hərkəti əhalini qorxuya salıb.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kaliforniya valisi Jerry Brovn stat rəsmilərinin, xalqın sağlamlığına ciddi ziyan vuran qazın geniş sürətlə yayılmasından narahat olduğunu bildirib.
Neft quyusundan sızan metan qazı oktyabr ayında aşkarlanıb.
Artıq Los-Anclesdə yüzlərlə ailə metan qazı təhlükəsinə görə ev-eşiyini tərk edib.
Abuzər
İnterpress.az