Səudiyyə Ərəbistanın müdafiə naziri Məhəmməd bin Salman verdiyi son müsahibəsində İranla öz ölkəsinin gərginləşməkdə olan münasibətlərinə toxunub.
İnterpress.az-ın verdiyi xəbərə görə, o, bəzi politoloqların iddia etdikləri müharibənin labüdlüyü fikrini puç edib.
Nazir Məhəmməd bin Salman deyib ki, İranla müharibə etmək fikirləri yoxdur:
“Bizim İranla müharibə etmək fikirimiz yoxdur. Biz bunu heç xyalımıza da gətirmirik. Kiminsə İranla müharibə etmək fikri varsa, deməli, onun ağlında qüsurlar var. Çünki İranla Səudiyyə arasında müharibə baş verərsə, bu bütün müsəlman dünyası ilə yanaşı bölgədə böyük fəlakətə yol açar\”.
İnterpress.az