Rusiyanın “Rossiya 1” telekanalının əməkdaşı, 27 yaşlı Yuliya Bondaryeva keçmiş dostu Denis F. vəhşicəsinə döyüb.
İnterpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qanlı olay Yessentuki şəhərində baş verib.
Belə ki, dəfələrlə jurnalist xanıma elçi düşən 38 yaşlı Denis Yuliyanın Moskvaya geri qayıtmasını eşidən kimi ona hücum edib. Üz sümüyünün sınığı və digər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Yuliya Bondaryevanın vəziyyəti ağır olaraq qalır. Həkimlər jurnalistin plastik əməliyyata ehtiyacı olduğunu bildirib.
Cinayətkar Denis F. artıq polis tərəfindən yaxalanıb.
İnterpress.az